Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kəlbəcərdə Azərbaycan Bayrağı dalğalanır

4/4

  •         Strateji​ mövqedə​ yerləşən​ füsunkar​ təbiətə və​ zəngin​ mədəni​ irsə​ malik​ ​olan, ​Kəlbəcər ​ rayonun ​işğaldan​ ​ azad  olunması,​ Prezident​ Cənab ​ İlham ​Əliyevin​ ​uğurlu​ ​siyasi ​ ​fəaliyyətinin​ qələbəsidir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Uzun illlər erməni​ vandallarının​ işğalda​ saxlayaraq,​ rayon​ və​ kəndlərə​ qarşı​ barbarcasına​ davranış​ ​ aparması, xalqımızın​ əsrlərlə​ maddi-mənəvi​ irsinə​ qarşı​ genosid​ ​ münasibət​ ​ göstərilməsi​ nə​ yerli, nə də ki, Beynəlxalq​ hüquqa​ sığmayan​ hərəkətlər​ hesab​ olunurdu.      Bacarıqlı​ ​ ​siyasətçi​, Müzəffər​ ​ Ali​ Baş​ Komandan​ Prezident​ ​ ​ Cənab​ İlham​ Əliyevin​ ​ 28​ il​ ərzində​ düşmənin​ işğalda​ saxladığı​ doğma​ torpaqlarmızın​ işğaldan​ azad​ olunması​ naminə,​ başladığı​ ​ zəfər​ ​ yolu​ ​ 44​ gün​ ərzində​ ​ rəşadətli​ ordumuzun,​ xalqımızın​ birliyi​ ​ sayəsində ​ ​ şəhər və​ kəndlərin ​ tamamilə​ işğaldan​ azad​ ​ edilməsinə​ nail​ olundu.       Ölkəmizdə​ hər​ ​ bir​ vətəndaş​ üçün​ möcüzə​ kimi​ ​görünən qələbəmiz,​ əslində  2​-ci​ Qarabağ ​ ​ müharibəsində​ bütün​ gücü,​ ruhu​ ilə​ ​ döyüşə səfərbər​ olunmuş,​ Azərbaycan​ ​ əsgərinin​ və​ zabitinin​ düşmənə​ qarşı​ döyüşərək​ qanı-canı​ hesabına​ ​ əldə ​ etdiyi ​ ​şanlı ​ ​qələbəni​ ​ xalqımıza​ Ali​ Baş​ Komandan​ İlham​ Əliyev​ və​ Ordumuz​ ​bəxş​ etmişdir.      Əlbəttə ki,​ bu​ razılıq​ Prezident​ ​ Cənab​ İlham​ Əliyev​ qeyd​ etdiyi​ kimi​ “Bu​ Bəyanat​ heç​ də​ asan​ əldə​ olunmamışdır", çünkü​ ​ Dövlətimizin​ illərlə​ apardığı​ iqtisadi,​ siyasi​ ​ və​ hərbi​ gücün​ sayəsində​ düşmən​ həm​ döyüş​ meydanında,​ həm​ də​ siyasi​ meydanda​ ağır​ məğlubiyyətə​ ​ düçar​ ​edilmiş, məhz​ bu​ bəyanatı​ son​ anda​ xilas​ olmaq​ naminə,​ ermənistan​ hakimiyyəti ​ ​ ​ ​ imzalamağa ​ məcbur​ ​ ​olmuşdur.​      ​ Bəyanata​ ​ əsasən​ noyabr ayının​ 15​-də​ Kəlbəcər​ ​ rayonun​ ​ və​ ​ kəndlərini​ ​ Azərbaycan​ Respublikasına​ təhvil​ verilməli​ halda​ yüksək​ dağ​ ​relyefi​ bir​ çıxış​ ​ yolunun​ və​ soyuq​ hava​ şəraitinin​ olması​ ilə​ əlaqədar​ ermənistan​ hakimiyyəti​ ​ erməni​ əhalisinin​ Kəlbəcərdən​ tamamilə​ çıxarılması​ ​üçün​ ​10​ gün ​ əlavə müddət​ ​ verilməsinə ​ razılıq ​ ​əldə​ olunmuşdur.      Ərazisi​ 200​ kvardat​ kkilometr olan​ ərazicə​ ən​ böyük​ rayonumuz​ olan​ Kəlbəcərin​ bir​ güllə​ atılmadan, bir​ şəhid vermədən​ rayonun​ və​ 126​ ​ kəndin​ tamamilə​ işğaldan​ ​ azad​ ​ edilməsi,​ ​ 2020-ci​ ilin​ Noyabr​ ayının​ 25 - də,​ baş​ ​ vermişdir. Digər​ ​ işğaldan​ azad​ olunmuş​ ​ rayonlarmızın​ işğaldan​ azad​ ​olunması​ kimi​ ​ ​25​ noyabr​ tarixdə​ Kəlbəcər​ sakinlərinin​ vətən​ həsrətinə​ son​ qoyularaq,​ həmin tarixdə​ müzəffər​ ordumuz, ​ Kəlbəcər​ rayonuna​ daxil​ olaraq​ ​ rayon​ ərazisini​ nəzarətə​ götürərək​ ermənistanla​ Kəlbəcər​ arasında​ olan​ sərhəd​ keçid ​ ​məntəqələrində ​ ​ əsgərlərmiz​ ​mövqe​ tutmuşdur.      Erməni​ vandallarının​ 28​ ildə​ hər​ rayon​ və​ kəndimizə​ qarşı​ məqsədli​ şəkildə​ genosid​ ​ siyasəti​ ​ yürütməsi, xalqımızın​ qədim​ maddi-mənəvi​ dəyərlərinə​ qarşı​ ​ barbar​ yanaşması,​ tarixi​ abidələrmizin​ dağıdılması​ mülki​ evlərin​ və​ meşələrin​ ​ məhv​ edilməsi,​ yandırılması, davam ​ ​ etdirilməklə​ yanaşı,​ ermənilərin​ Kəlbəcərdən​ çıxarkən də ​ bu​ vəhşiliklərini​ dünyaya​ bəyan​ etmişdilər.       Hansı​ ki,​ o​ zaman​ ​ hakimiyyətə​ ​ zor​ gücü​ tətbiq​ etməklə​ gəlmiş​ AXCP-nin səhlənkarlığı​ və​ hakimiyyətdə​ yaranmış​ boşluq​ ​ sayəsində​ Kəlbəcərin​ işğala​ məruz​ ​ qalmasını​ asanlaşdırmışdır.       Çox​ ​qəddarcasına​ ​düşmən yanaşaraq​ qarlı​ bir​ soyuq​ şaxtalı​ qış​ ​ günü​ ​ kəlbəcərlilərin ərazidən​ çıxmaları üçün​ 10​ saat​ vaxt​ verilmişdir. Erməni​ terrorçu​ ​ Monte​ Monekonyanın​ başçılığı​ altında ​ rayona hücum​ etmiş​ erməni​ cəlladları ​ rayondan​ ​ və​ kəndlərdən​ əhalinin​ qəddarlıqla​ çıxarılması​ o​ zaman​ hər​ bir​ azərbaycanlını sarsıtmış,​ yüzlərlə​ soydaşımız​ əsir​ götürülmüş​ vəhşiliklə​ öldürülmüşdür.      Lakin​ ermənilərə​ əlavə​ 10​ gün də vaxt​ verilməklə​ Kəlbəcərdən​ çıxarılması​ üçün​ hər​ bir​ lazımi​ şərait​ yaradılmış, dövlətimiz yenə də öz​ hümanist​ davranışını​ ​ vətən​ müharibəsində​ olduğu​ kimi​ ​yenə də ​öz​ davranışı​ ​ilə​ dünyaya​ humanizm ​ sərgiləmişdir.      Kəlbəcərin​ işğaldan​ azad​ olunması​ ​çox​ böyük​ uğur,​ çox​ böyük​ qələbə hesab​ olunur. Çünkü, 74​ mindən​ artıq​ ​ əhalinin​ öz​ yurdundan​ qovularaq​ məcburi​ köçkün​ kimi​ yaşamasına​ ​ məruz​ qoyan​ düşmən,​ 28​ ildən​ sonra​ ​ ​ ​ rayonun​ yenidən​ sakinlərinə​ qaytarması​ yolunda ​siyasi​ ​ qələbəmizin​ təzahürü​ Prezidentimizin​ ​ ​kəlbəcərlilərə bəxş​ etdiyi​ ən​ böyük​ ​zəfər​ sevinci​ ​kimi​ ​qarşılanmışdır.      İndi​ ​hər​ bir​ ​Azərbaycanlı​ qürurludur! Bu​ qürur​ hər​ ​ bir​ ​ məcburi​ köçkünün,​ hər​ ​ bir​ vətəndaşın​ ​öz​ vətəni​ ilə​ qovuşması, illərlə​ unudulmayacaq​ bir​ zəfər​ tarixi​ sayəsində​ əldə​ edilməsi​ üçün​ Prezidentimə​ və​ Ordumuza​ minnətdaram!Uca​ Tanrı​ Prezidentimi​ və​ xalqımı​ qorusun!Aydın Əliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib47 dəfə
    Kəlbəcərdə Azərbaycan Bayrağı dalğalanır

    Maraqlı gələ bilər
    0
    52
    52
    52
    38